Bayden Əfqanıstana 5000 hərbçi göndərir

09:38 15.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden Əfqanıstandakı diplomatları təxliyə etmək üçün bu ölkəyə təxminən 5 min əsgər göndərilməsinə qərar verib.

Hafta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Con Kirbi bildirmişdi ki, ABŞ diplomatlar başda olmaqla amerikalı mülki işçilərinin Əfqanıstandan təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün paytaxt Kabil şəhərində yerləşən hava limanında müvəqqəti olaraq 3 min hərbi qulluqçu yerləşdirməyi planlaşdırır.

O qeyd edib ki, qoşunların böyük hissəsi həftənin sonuna qədər Əfqanıstana yerləşdiriləcək.